top
“İkisi ağ, biri qara adamdır?” - Bakı Hərbi Məhkəməsində gərginlik
30 iyun 2025, 17:17
- +

“İkisi ağ, biri qara adamdır?” - Bakı Hərbi Məhkəməsində gərginlik

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov və zabitləri məhkəmə qarşısına çıxarılıb.

Qafqazinfo.аz-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən ilk iclas gərgin başlayıb.

Ramin Şükürovu üç tanınmış vəkil-Ceyhun Yusifov, Abbas Atakişiyev və Muxtar Mustafayev müdafiə edir.

Vəkillərdən birinin cinayət işi materialları ilə tanış olmaması səbəbindən iş məhkəmə baxışına verilməyib. Ramin Şükürov həbsdə, digərləri ev dustaqlığında mühakimə edilir. Prokuror qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını təklif edib. İttiham tərəfinin bu təklifi vəkillərin etirazı ilə qarşılanıb. İttiham və müdafiə tərəfi arasında mübahisə yaranıb.

Ceyhun Yusifov müvəkkilinin həbsdə saxlanılmasına narazılıq edib. Vəkil etirazını belə əsaslandırıb ki, təqsirləndirilən şəxslərin üçü də eyni maddələrlə ittiham olunur, amma biri həbsdə, digərləri azadlıqdadır. Onun sözlərinə görə, R.Şükürov ağır xəstəlikdən əziyyət çəkir, hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində stasionar qaydada müalicə alır: “Müttəhimlərə fərqli münasibət ola bilməz. Ramin Şükürov da əvvəl ev dustaqlığında idi. Amma sonradan həbs edildi. Əsas da bu göstərilib ki, ittiham ağırlaşdırılıb. Onda prokuror vəsatət qaldırsın, digərləri barəsindəki ev dustaqlığı qətimkan tədbirini də həbslə əvəz edilsin. İkisi ağ, biri qara adamdır? Hesab edirəm ki, üçünün də statusu bərabərləşdirilməlidir. Ən əsası da şəxs ürək xəstəliyindən əziyyət çəkir. Hospitaldan alınmış həkim rəyini də məhkəməyə təqdim etmişik”.

Həm Şükürovun, həm digərlərinin vəkilləri vəsatəti müdafiə ediblər.

Amma məhkəmə hazırki mərhələdə qətimkan tədbirinin dəyişdirilməməsinə qərar verib.

Hazırlıq iclasının davamı iyulun 11-nə təyin edilib.

Qeyd edək ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq edilib. Eks-rəis R.Şükürov və həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər