İki ay öncə avtomobil vuran qadın xəstəxanada dünyasını dəyişib.
Apa.az xəbər verir ki, hadisə 20 fevralda Binəqədi qəsəbəsində baş verib.
Belə ki, Kamran Ağayev idarə etdiyi “Mitsubishi Pajero” markalı 77-CM-706 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə avtobus dayanacağında dayanmış Saray Səlimovanı vurub.
Saray Səlimova Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, o, dünən ölüb.
Faktla bağlı cinayət işi açılıb.