Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə Akademik Həsən Əliyev küçəsi arasında olan hissəsində yol infrastrukturu yenilənib. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Həmin ərazidə yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib. Nişanlanma xətlərinin əksəriyyəti ikikomponentli boya ilə çəkilib. Həmçinin boyanın işıq qaytarıcılığını artırmaq məqsədilə şüşə tozundan istifadə olunub.
Quraşdırılan yol nişanları isə ilk dəfə olaraq ikiqat bükülüb, uzunmüddətli korroziyayadavamlı və ekoloji cəhətdən təmiz materialdan hazırlanıb.