Bakının Nərimanov rayonu, Heydər Əliyev prospektində qəza nəticəsində dağılmış divar bərpa olunub. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Oktyabrın 19-u axşam saatlarında Ələsgər Qayıbov küçəsi ilə Heydər Əliyev prospektinə doğru hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq prospektdə olan yan yolla tuneli ayıran divara çarpılıb. Nəticədə divarın bir hissəsi dağılıb.
Hadisə yerinə AAYDA-nın əməkdaşları cəlb olunublar, divarın bərpası aparılıb.
[caption id="attachment_118523" align="alignnone" width="640"] Foto AYDA[/caption]