Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Nağıyev Fərid Elşən oğlu vəfat edib.
Müdafiə Nazirliyindən məlumatı təsdiq ediblər.
Bildirilib ki, hərbçimizin ölümünə səbəb ağır gedişli meningoensefalit diaqnozu olub.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.
Allah rəhmət eləsin!