Ötən il dekabrın 25-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan pilotu Aleksandr Kalyaninov və baş bələdçi Hökumə Əliyevanın yaxınları Qazaxıstanın Aktau şəhərinə gedib.
Gencexeber.az-a bu barədə H.Əliyevanın qardaşı Coşqun Nəsibli məlumat verib.
Onun sözlərinə görə, səfərin məqsədi hadisə yerini ziyarət etməkdir:
"Dünən axşam saatlarında Qazaxıstana gəlmişik. Mən, atam və Hökumənin yoldaşı hadisənin baş verdiyi ərazini ziyarət edəcəyik. Bizimlə bərabər Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova da gəlib. Ziyarət edib bir gün sonra vətənə dönəcəyik".