26 may görkəmli qəzəlxan, füzulişünas-alim, tədqiqatçı Hacı Ələmdar Mahirin doğum günüdür.
Ələmdar Mahir 1950-ci ildə Bakının Nardaran kəndində gözünü dünyaya açıb. 1993-cü ildə dini şeirlər müsabiqəsində birinci yer tutub, Məkkə ziyarəti ilə mükafatlandırılıb. Həmin ilin sentyabr ayında keçirilən qəzəl müsabiqəsində də birinci yeri tutub və Əliağa Vahid adına baş mükafatı alıb. “De gəlsin” verlişinin 2001 və 2002-ci il mövsümlərində və başqa meyxana yarışlarında münsif qismində iştirak edib. O, AzTV-də yayımlanan "Məclisi-üns” verilişinin aparıcısı olub.
Hacı Ələmdar 21 fevral 2014-cü ildə dünyasını dəyişib. Nardaranda yerləşən Rəhimə xanım ziyarətgahının həyətində olan qəbiristanlıqda dəfn edilib.