top
Həbsdə olmuş azərbaycanlı müğənnilər - Siyahıda kimlər var?
15 may 2025, 20:54
- +

Həbsdə olmuş azərbaycanlı müğənnilər - Siyahıda kimlər var?

Xəbər verdiyimiz kimi, müğənni Dəniz Əsədova bu gün məhkəmə zalından həbs edilib.

Xatırladaq ki, müğənni 4 nəfəri təhqir etməkdə və onlara böhtan atmaqda ittiham edilib.

Əsədova sosial şəbəkələrdə hakimləri, prokurorluq əməkdaşlarını və digər vəzifəli şəxsləri də təhdid etməsi ilə gündəmə gəlib.

Onun barəsində Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında 4 şikayət daxil olub. İddiaçılar arasında tanınmış vəkillər və həkimlər var.

Bu gün məhkəmə vəkil Asim Abbasovun şikayətini təmin edib və Dəniz Əsədova məhkəmə zalında həbs edilib.

Dəniz Əsədova həbs edilən ilk müğənni deyil. Buna qədər bir neçə müğənni müxtəlif səbəblərdən məhbus həyatı yaşayıb.

Musavat.com onları təqdim edir.

Müğənni Fədayə Laçın 2017-ci ildə digər şəxslərlə birgə xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş "Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin qatardan qaçmasına görə həbs edilmişdi.

Hadisələrin gedişatından məlum olmuşdu ki, sənətçi "Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovla bir neçə il sevgi münasibətlərində olub.

O, iki il həbsxana həyatından sonra 2019-cu il oktyabrın 29-da azadlığa çıxıb.

Reper Elşad Xose (Əliyev) narkotikdən istifadə etdiyi üçün həbs olunub. Belə ki, ifaçı 2010-cu ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib və bir müddət həbsxana həyatı yaşayıb.

Azərbaycanı ilk dəfə "Eurovision-2008” mahnı müsabiqəsində təmsil edən müğənni Samir Cavadzadə dostu Elvin Hüseynovu bıçaqlaması faktı ilə əlaqədar saxlanılıb.

Hadisə 2011-ci il sentyabrın 20-də Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 32 ünvanında baş verib. Müğənni bu hadisəyə görə 1 ilə yaxın həbsdə olub.

Mərhum reper Hüseyn Dərya narkotik istifadə etməsi səbəbindən həbsdə yatıb. Bir neçə dəfə eyni əməli təkrarladığına görə həbs olunan reper 2014-cü ilin martında dünyasını dəyişib.

Meyxanaçı Bayram Kürdəxanılı 2014-cü il iyulun 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, "Nilufər” şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən üstündən 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanılıb. 14 noyabr 2014-cü ildə Sabunçu Rayon Məhkəməsi Bayram Kürdəxanılıya təqsirləndirildiyi maddə üzrə 1 il həbs cəzası verilib.

Meyxanaçı 2015-ci ildə həbsdən azad edilib.

Lakin azadlığa çıxandan az sonra meyxanaçı faciəli şəkildə dünyasını dəyişib. Məlumata görə, 22 avqust 2017-ci il tarixində gecə vaxtı Kürdəxanı qəsəbəsində toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi "Peugeot” markalı, 10-PS-782 dövlət seriya nişanlı avtomobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Bir vaxtlar populyar olan müğənni Vüsal Əliyev isə Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub.

Müəyyən müddət Moskvada yaşayan müğənni Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb edilmişdi. Lakin V.Əliyevin himayəsində 4 azyaşlı uşağın olması nəzərə alınaraq, azadlığa buraxılıb.

"Azəri qızı” Günelin qardaşı, bəstəkar-müğənni Tunar Rəhmanoğlu 2013-cü il mayın 4-də həbs edilib.

Səbəb isə Tunarın avtoşluq etməsi və polisin qanuni tələbinə məhəl qoymaması idi. Belə ki, idarə etdiyi "Mercedes” markalı avtomobillə yol hərəkəti qaydalarını pozan müğənni daha sonra sənədlərini inspektora təqdim etməkdən imtina etdiyi üçün barəsində inzibati tədbir görülməsi üçün şöbəyə aparılmışdı.

Məhkəmənin qərarı ilə ona 10 sutka həbs və 1 il müddətinə sürücülük hüququndan da məhrum olunması cəzası verilmişdi. 10 gün həbs yatan ifaçı azadlığa çıxdıqdan sonra mövzu ilə bağlı mətbuata açıqlama vermək istəməyib.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər