Günəşli qəsəbəsindəki yol sürücülər üçün təhlükə yaradır, avtomobillərə ziyan vurur.
Bakuplus.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Görüntülərdən aydın olur ki, yolda yerləşən bərənin bir hissəsi açıqdır, bərə qapaqları isə pis vəziyyətdədir. Bərə hərəkətin aktiv olduğu istiqamətdə yerləşdiyindən avtomobillər üçün ciddi problem yaranır.
Axşam saatlarında görüntü bir qədər də məhdud olduğu üçün təhlükə daha da artır.