"Bir qadın burnu ilə gələcəyimiz dəyişə bilər!"
Bakuplus.az xəbər verir ki, bu sözləri lor cərrah Natiq Qarayev deyib.
Onun sözlərinə görə, bəzən qadınlar gələcəyin bir həkimini, yaxud alimini öz burunlarına, öz komplekslərinə qurban verirlər: "Söhbət laktasiya (südvermə) dövründə burunlarını əməliyyat etdirmək üçün müraciət edən qadınlardan gedir. Əməliyyat zamanı və əməliyyatdan sonrakı müddətdə qəbul edilən preparatlar ana südü vasitəsilə körpələrin orqanizminə sirayət edir. Bu da körpələrdə əqli və fiziki inkişafın ləngiməsinə səbəb olur. Bu müddətdə qadınlara əməliyyat etdirməməyi tövsiyə edirəm.