14 iyun Azərbaycanın Xalq artisti Faiq Sücəddinovun doğum günüdür.
Bakuplus.az xatırladır ki, Faiq Miri oğlu Sücəddinov 1947-ci ildə Gəncə şəhərində anadan olub.
1965-ci ildə Faiq Sücəddinov Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olub. 1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvəti ilə orkestrdə çalışmağa başlayıb.
1970-ci illərdə isə bəstəkar Estrada Orkestrində fəaliyyətini dayandırıb və Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsilini davam etdirib.
O, 1977-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsinə qəbul olunub, 1981-ci ildə isə həmin fakültədən məzun olub.
Xalq artisti 2000-ci illərdə bir müddət Türkiyədə və Kiprdə fəaliyyət göstərib.
2006-cı ildən Azərbaycan Respublikasının xalq artistidir, 2007-ci ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.
Bəstəkar 14 sentyabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.