4 iyun azərbaycanlı müğənni Eldar Qasımovun doğum günüdür.
O, 1989-cu ildə Bakı şəhərində doğulub. Ata xətti ilə ulu nənəsi - SSRİ Xalq artisti Mərziyyə Davudova, ulu babası - aktyor və Azərbaycanın ilk kinorejissorlarından biri, Azərbaycan SSR Xalq artisti Abbas Mirzə Şərifzadə, nənəsi - Azərbaycan SSR Xalq artisti Firəngiz Şərifovadır.
1995-2006-cı illərdə Bakı şəhəri, 160 saylı orta məktəbdə təhsil alıb. 2001-2005-ci illərdə 2 saylı musiqi məktəbinin fortepiano sinfində təhsil alıb və məktəbi fərqlənmə diplomu ilə bitirib.
2008-ci ildə alman vokal məktəbində aktyor ustalığı və səhnə nitqini öyrənib. 2006-2010-cu illərdə Bakı Slavyan Universitetinin tələbəsi olub. Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil alıb. Universiteti qırmızı diplomla bitirib, 2010-cu ildə isə BSU-nun beynəlxalq əlaqələr ixtisası üzrə magistratura pilləsinə qəbul olunub.
Eldar Qasımov Nigar Camal cütlüyü “Eurovision-2011” mahnı müsabiqəsində birinci olublar.