top
Əsərləri dünyanı gəzən bakılı rəssam
07 mart 2025, 11:55
- +

Əsərləri dünyanı gəzən bakılı rəssam

7 mart görkəmli rəssam Salam Salamzadənin doğum günüdür.

Salam Salamzadə 1908-ci ildə Bakıda anadan olub. O, hələ orta məktəbdə oxuyarkən rəsm çəkməyə böyük maraq göstərirdi. 1925-1929-cu illərdə o, ilk peşə təhsilini Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda alıb. Buradakı müəllimlərinin təlim-tərbiyə metodları gələcəkdə onun fərdi üslubuna dərindən təsir edir. Salam Salamzadə daha sonra 1931-1932-ci illərdə aktyor və kinorejissor Rza Təhmasib, rəssam Rüstəm Mustafayev və gələcək həyat yoldaşı Qəmər Nəcəfzadə ilə birlikdə Moskva Dövlət Pedaqoji Universitetində pedaqoji təhsil alıb. Hələ tələbə ikən "Şərq qadını", "İnqilab və mədəniyyət" jurnallarında bədii tərtibatçı işləyib və illüstrasiyalar çəkib.

Salam Salamzadə İkinci Dünya müharibəsi illərində daha çox müharibə qəhrəmanlarının portretlərini çəkib. Bundan əlavə, 1940-cı ildə Salam Salamzadə rəssam Sadiq Şərifzadə ilə birgə Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin layihəsi üçün “Azərbaycan ədəbiyyatşünaslarının panteonu” adlı monumental panno hazırlayıb.

Rəssamın portret əsərlərinə "Maniyə Kərimovanın portreti" (1938), "Üzeyir Hacıbəyovun portreti" (1941), "Xalq artisti Sidqi Ruhullanın portreti" (1944), "Röyal arxasında" (1955), "Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Almaszadənin portreti" (1957), "Gilənarla qızın portreti" (1957), "Nəriman Nərimanovun portreti" (1958), "Qız bababöykü çiçəyi  ilə" (1962), "Gənc kolxozçu qızın portreti" (1964), "Kəndli qız" (1972) və başqaları daxildir.

Süjetli tablo və mənzərə əsərlərindən isə "Rüstəmin Əfrasiyabla döyüşü" (1934), "Günəş altında" (1958), "Sovxoz çölləri" (1959), "Suya gedən qadınlar" (1968), "Çay plantasiyası" (1970), "Rəfiqələr" (1970), "Qürub çağı" (1973), "Toya gedənlər" (1974), "Astara subtropik sovxozu" (1976), "Rezervuarlar" (1976), "Lənkəran çaybecərənləri" (1977) və digərlərini qeyd etmək olar.

1960-cı illərdən başlayaraq bir çox xarici ölkələrə səfərlər edən Salamzadə öz təəssüratları əsasında mənzərə və portret janrında əsərlər çəkib. O, yarım ilə yaxın ərəb ölkələrində yaşamış, Misir, İraq, Suriya, Livan və başqa ərəb ölkələrində gördüyü, müşahidə etdiyi hal və hadisələri rəssam təxəyyülündən keçirərək, diqqəti cəlb edən rəngkarlıq əsərləri yaradıb. Rəssamın yaradıcılığının 10 ilə yaxın dövrü ərzində ərsəyə gətirdiyi müxtəlif janrlı əsərlər "Ərəb ölkələri silsiləsi"ni (1961-1970) təşkil edir. O dövrün əsərlərinə “Asvan yüksək bəndi”, “Qahirə silsiləsi” və başqaları da daxildir.

Onun əsərləri R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılır.

Salamzadənin əsərləri Polşa, Almaniya, Rumıniya, Macarıstan, Fransa, İspaniya, Avstriya, İtaliya, Livan, Suriya, Misir, Tunis, Venesuela, Türkiyə, İran və İraq kimi ölkələrin sərgilərində nümayiş etdirilir.

Salam Salamzadə 1997-ci il mayın 12-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn edilib.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər