“Hazırda səhhətim yaxşıdır. Xəstəxanadan çıxmağıma qərar vermək üçün ağciyərlə bağlı Türkiyəyə göndərilən analizin nəticəsini gözləyirik. Bundan sonra xəstəxanadan evə nə vaxt buraxılacağım bilinəcək. Bəlkə də həftəsonuna qədər evə buraxılacam. Ürəyimin müalicəsi bitib".
Bunu teleqraf.аz-a açıqlamasında xəstəxanaya yerləşdirilən 73 yaşlı Əməkdar artist Vahid Əliyev deyib.
Qeyd edək ki, Vahid Əliyev 2022-ci ilin dekabr ayında infarkt keçirib.
2023-cü ilin yanvar ayında isə açıq ürək əməliyyatı olunub.