top
“Efirdə nə vaxtadək belə iyrənc söhbətlər gedəcək axı?!” - Müğənni Almaxanım
03 iyul 2025, 18:00
- +

“Efirdə nə vaxtadək belə iyrənc söhbətlər gedəcək axı?!” - Müğənni Almaxanım

Müğənni Almaxanım Əhmədova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Bakuplus.аz xəbər verir ki, sənətçi sosial şəbəkə hesablarında etdiyi paylaşımda müğənnilərin efirlərdə toy müzakirəsini qınayıb:

“Evdə bəzi özəl kanalları silmişəm ki, gözüm verilişlərdə gedən düşük söhbətləri görməsin. Təəssüf ki, görmək istəməsəm belə, bəzən sosial şəbəkədə qarşıma çıxır. Bayaq baxıram ki, IQ səviyyəsi yerlərdə sürünən bəzi müğənnilər çıxıb verilişdə “kimin toyu daha çoxdur, mənim ya filankəsin?” mövzusunda mübahisə edirlər.

Həqiqətən, görün necə vəziyyətdəyik ki, müğənni çıxıb konsert tarixlərini elan etmək əvəzinə bu ay 10 dənə, sentyabrda 20 dənə toyum var və s. kimi axmaq söhbətlər edir. Hələ bu azmış kimi aparıcı da deyir ki, bu ay toylardan nə qədər qazandın? Əziz sənətçilər, nə olar bir az özünüzü inkişaf etdirin. Toyda “Buleyli” oxumaqla heç bir inkişafdan söhbət gedə bilməz. Demirəm toyda əsər oxuyun. Fikrimi düzgün başa düşün. Bir az dünya mediasını izləyin, xarici müğənnilərin solo konsertlərini izləyin. Görün insanlar necə işlər ortaya qoyurlar. Toy, toy, toy...”

A.Əhmədova efirdə gedən bu söhbətləri iyrənc adlandırıb:

“Efirdə nə vaxtadək belə iyrənc söhbətlər gedəcək axı? Gənclər baxıb nədən maariflənəcək? Mən toya getməyi ayıb hesab etmirəm. Özüm də gedirəm. Amma bununla öyünmək sənətçinin bədbəxtliyidir. Bir sənətçi ki, 30 ildir ancaq toy oxuyur, bir dəfə də olsun konsert verməyibsə, zal doldurmayıbsa, bu o sənətçinin sənətinin və zəka səviyyəsinin çöküşü deməkdir. Hələ konsert verməyi də qlobal uğur kimi təqdim edən sənətçiləri demirəm. Ay gözəl insan, bu zatən sənin işindir. Sən müğənnisənsə, konsert verməlisən. Burada qeyri-adi nə var ki? Şok, şok, şok filankəs solo konsert verdi. Ay bala, bu müğənnidir də, başqa neyləməlidir? Müğənninin fəaliyyəti odur ki, konsert versin, yeni mahnılar və kliplər təqdim etsin”.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər