2024-cü il 1-7 oktyabr tarixlərində 8-ci DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək.
Bakuplus.az xəbər verir ki, festivalın məqsədi təkcə kinoya aid deyil, həm də dünyanı daha dərindən dərk etməyi təşviq etməkdir.
Festivalda təqdim olunan filmlər kateqoriyalara uyğun qiymətləndiriləcək:
- Ən yaxşı bədii sənədli film;
- Ən yaxşı qısametrajlı sənədli film;
- Ən yaxşı yerli sənədli film;
- Uşaqlar üçün ən yaxşı sənədli film (DokuKids);
- Non-Main Müsabiqə (Əsas olmayan rəqabət).
Azərbaycan Kinematoqrafçılar İttifaqı DokuBaku Beynəlxalq Sənədli Film Festivalı ilə əməkdaşlığı davam etdirir. İttifaq hər il olduğu kimi, bu il də festivala maliyyə və informasiya dəstəyi verəcək.