Bakının daha bir küçəsində ödənişli parklanma təşkil olunacaq. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi və ona bitişik ərazilərdə parklanma yerlərinin təşkili ilə bağlı işlər görülür. Bildirilir ki, yol nişanları və məlumat lövhələrinin quraşdırıldığı ərazilərdə artıq xidmət aktivdir.