Mərhum Çimnaz Sultanovanın “Instagram” səhifəsi naməlum insanlar tərəfindən oğurlanıb.
Bakuplus.az xəbər verir ki, bu barədə mərhum aktrisanın “Facebook” profilində məlumat verilib.
Bildirilib ki, səhifənin adı @cimnazsultanova -dan @cimnazsultanova_funpage olaraq dəyişdirilib və bütün postlar silinib.
“Bu səhifəni başqa yolla silmək mümkün olmadığından, xahiş edirik hamılıqla kütləvi şəkildə şikayət edəsiniz” - məlumatda bildirilir.
Xatırladaq ki, aktrisa bu il yanvarın 15-də xərçəng xəstəliyindən dünyasını dəyişib.
Çimnaz Sultanova “Vicdan haqqı”, “Sənə inanıram”, “Bayram axşamı” kimi bir sıra serial və filmlərdə rol alıb.