Nərimanov rayonunda “Kənddən Şəhərə” yarmarkası davam edir. Bu haqda bu gün, 21 iyul tarixində Bakuplus.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Vətəndaşlar satışa çıxarılan məhsulların keyfiyyətini birbaşa laboratoriyada yoxlaya biləcəklər. Belə ki, məhsulları yoxlamaq üçün Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) səyyar laboratoriyaları xidmət göstərəcək.
Yarmarka 22-23 iyul tarixlərində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək.
Nazirlikdən bildirilir ki, fermerlər yarmarkada tam ödənişsiz iştirak edirlər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunurlar, həmçinin istirakçılara logistik dəstək göstərilir.