Bu gün yaddaqalan komik obrazların əvəzsiz ifaçısı olan Yaşar Nurinin doğum günüdür.
O, 1951-ci il sentyabr ayının 3-də Bakıda anadan olub.
Aktyor Məmmədsadıq Nuriyevin oğlu olan Yaşar Nuri ilk dəfə on bir yaşında Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Toy kimindir?” (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunu ifa edib.
Məşhur kino ustası 50-yə yaxın bədii filmə çəkilib.
“Yol əhvalatı”, “Bəyin oğurlanması”, “Fransız” kimi filmlərdə yaratdığı obrazların xalq tərəfindən sevilməsi məhz aktyorun böyük sənətkarlığı və zəhmətinin bəhrəsidir.
“Qatarda” adlı televiziya tamaşasında yaratdığı “Dadaşov” isə bu gün də aktual olan obrazlardandır.
Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib.