Binəqədi qəsəbəsi Gülüstan massivi, döngə 5-də (təzə adı ilə Həmrəylik küçəsi) yaşayan sakinlər məhəllədə bəzi şəxslərin qanunsuz tikinti apardığını iddia edirlər.
Bakuplus.az-a müraciət edən sakinlərin sözlərinə görə, onsuz da ensiz olan küçədə qanunsuz tikintilərin aparılması piyadaların və avtomobillərin hərəkəti üçün çətinlik yaradır.
Şikayətçilər bildirirlər ki, bəzən qaz sayğacı, qaz borusu qanunsuz tikintinin içində qalır, bu isə başqa bir problem yaradır.
Onların dediyinə görə, müvafiq qurumlar mövcud vəziyyətlə bağlı hər hansı addım atmaq istəmirlər.
Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən bildirilib ki, problem araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək.