Binəqədidə “Motodrom” adlanan sahə yanır.
Bu barədə Bakuplus.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, “Motodrom” adlanan sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.