Bakıda maşın piyadanı vurub.
Apa.az xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.
Belə ki, 1975-ci il təvəllüdlü Rövşən İsmayılov idarə etdiyi "Mercedes Axor" markalı yük avtomobili ilə şəhid Nicat Mustafayev küçəsində hərəkətdə olarkən piyada Mahmudova Səbuhə Kəmaləddin qızını vurub.
Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.