Binəqədi rayonunda bıçaqlanma hadisəsi olub.
Apa.az xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun 28 May qəsəbəsi, ev 1 ünvanının qarşısında baş verib. Belə ki, Qədir Atababayev Cahid Məmmədova bıçaqla zərbə vuraraq xəsarətlər yetirib.
Faktla bağlı Binəqədi RPİ-nin İŞ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb, Qədir Atababayev şübhəli şəxs qismində saxlanılıb.