Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı ölkəyə gətirilib. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Namiq Rzayev öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədilən mənimsəmə cinayəti ilə əlaqədar Nərimanov Rayon Prokurorluğu tərəfindən beynəlxalq axtarışa verilmişdi.
O, Gürcüstan Baş Prokurorluğu tərəfindən saxlanılaraq ölkəyə qaytarılıb.