Ötən gün vətəndaşların bank kartlarından 7 min manatdan çox pul talanıb.
Bu barədə Bakuplus.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 20-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 1560, 1300, 1000, 799, 750, 600, 510, 419, 381, 71 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır", - məlumatda qeyd olunub.