Mayın 19-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 14195, 6000, 3042, 1065, 1000, 700, 478, 426 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bu barədə Bakuplus.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
DİN tövsiyə edir ki, vətəndaşlar şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşsınlar: “Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”.