Azərbaycan Dövlət Kukla Teatrında “Şaxta Baba haradadır?” tamaşasının premyerası olacaq.
Bu barədə Bakuplus.az-a teatrın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 27-də premyera nümayişi ilə balacaların ixtiyarına veriləcək səhnə işi hər gün 4 seans olmaqla (12, 14, 16 və 18:00) 5 yanvar 2025-ci il tarixinədək nümayiş olunacaq.
Birhissəli uşaq tamaşasının (Azərbaycan dilində) səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.
Bir saatlıq səhnə işində milli və dünya klassik nağıl qəhrəmanları bir səhnədə toplaşaraq şənliyə gedərkən yolunu itirib, sıx meşənin dərinliklərində azan Şaxta Babanı axtaracaqlar.