232 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların istirahət vaxtının səmərəli təşkili üçün heç bir idman qurğusu, attraksion yoxdur.
Bu barədə Bakuplus.az-a Xətai rayon sakini məlumat verib.
Onun sözlərinə görə, bağçanın həyətində Sovet dövründən qalmış bir-iki dəmirdən başqa heç nə yoxdur, uşaqlar daş, torpaqla oynamaq məcburiyyətində qalırlar.
Bundan başqa bağçanın yolları da pis vəziyyətdədir, demək olar ki, hər yer çala-çuxurdur. Bu isə öz növbəsində uşaqlar üçün təhlükə yarada bilər. Bağçanın əksər pəncələri də yararsız vəziyyətdədir.