Bakıda yolun ortasında dava olub.
Hadisə Xətai rayonu Əhmədli qəsəbəsi, Lütfi Zadə küçəsində baş verib. Naməlum şəxslər küçədə yolun ortasında avtomobillərin hərəkətinə maneə olaraq, dava ediblər.
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov Lent.аz-a görüntülərdən məlumatlı olduqlarını bildirib. Onun sözlərinə görə, insidentdə iştirak edən şəxslərin müəyyən edilməsi istiqamətində hazırda araşdırma aparılır.