Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 aprel saat 22:30 radələrində Xətai rayonunda yerləşən iaşə obyektindən çağırış daxil olub.
Bakuplus.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Çağırış yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Müxtəlif saatlarda təcili tibbi yardım briqadaları vasitəsilə zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.
Əlavə olaraq, 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.
***
12:28
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 aprel saat 22:30 radələrində Xətai rayonunda yerləşən iaşə obyektindən çağırış daxil olub.
Bu barədə apa.аz-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
"Müxtəlif saatlarda zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb", - məlumatda deyilib.
***
10:00
Xəbər verdiyimiz kimi, Bakıda yerləşən şadlıq saraylarının birində kütləvi zəhərlənmə olub.
Zəhərlənənlərin vəziyyəti ilə bağlı Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd Bakuplus.az-a bildirib ki, 19 aprel 2025-ci il 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb”.
Onu da qeyd edək ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülüb.
Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub.
Hazırda araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.
***
09:30
Bu gecə paytaxt Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Apa.az xəbər verir ki, zəhərlənmənin Venesiya şadlıq sarayında olduğu bildirilir.
TƏBİB-dən verilən məlumata görə hadisə zamanı 25 nəfərin zəhərlənmə faktı qeydə alınıb.
Zərərçəkənlər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların konkret hansı yeməkdən zəhərləndiyi hələ ki, məlum deyil.