Bakının Yasamal rayonu sakinləri səkilərin zəbt olunmasından şikayətçidirlər.
Bakuplus.az xəbər verir ki, sosial şəbəkədə narazılıqlarını yazan sakinlər Dadaş Bünyadzadə küçəsi ilə Məhəmməd Xiyabani küçəsinin kəsişməsində səkilərin tamamilə zəbt olunduğunu bildiriblər.
Şikayətçilərin sözlərinə görə, səkilərin olmaması piyadaların həyatı üçün təhlükə yaradır, onların rahat hərəkətinə mane olur.
Onlar bildirirlər ki, rəsmi qurumlar belə acınacaqlı vəziyyətin qarşısını almaq üçün heç bir iş görməyiblər.
Qeyd edək ki, bir neçə gün öncə Xətai rayonu Lütfü Zadə küçəsində də səki problemi ilə bağlı redaksiyamıza şikayət daxil olmuşdu.