Astara sakini 16 yaşlı Gülnarə Əlizadə Bakıdakı xəstəxanaların birində vəfat edib.
Qafqazinfo.az xəbər verir ki, təxminən bir ay əvvəl səhhətində problem yaranan 10-cu sinif şagirdinin həyatını xilas etmək mümkün olmayıb.
Yaxınları bildirib ki, Gülnarənin beyninə virus düşüb və bundan sonra müalicəsinə başlanılıb. Lakin müalicələr nəticə verməyib.