Bildirilib ki, hadisə səhər saat 07:40 radələrində Tbilisi prospektində qeydə alınıb.
Məhəllələrdən birində park halında olan "Hundai" markalı avtomobil alovlanıb. Həmin vaxt sakinlərin əksəriyyəti yuxuda olduğundan yaxınlıqdakı təmizlik işçisi hay-küy salaraq onları oyadıb. Nəticədə park halında olan digər maşınlar yanmaqdan xilas edilib.
Daha sonra əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülməsinə baxmayaraq, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.