Bakının Yasamal rayonunda qətl hadisəsi törədilib.
Bakuplus.az xəbər verir ki, hadisə Rahib Tağıyev küçəsi ev 20-də baş verib.
1992-ci il təvəllüdlü Murad Əmirov atası Nizami Əmirova bir neçə bıçaq zərbəsi vurub. N.Əmirov hadisə yerində ölüb.
O, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.