top
Bakıda həbsxanadan çıxan atanın QANDONDURAN CİNAYƏTİ
02 may 2025, 17:33
- +

Bakıda həbsxanadan çıxan atanın QANDONDURAN CİNAYƏTİ

Bakıda doğma qızını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Yelmar Atakişiyevin cinayət işi üzrə məhkəmə olub.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi - anası ifadə verib.

O bildirib ki, hadisə günü evə saat 21-də gələndə qızının yerdə xırıldadığını görüb. Ondan bir müddət əvvəl evə gələn oğlu Səbuhidən nə baş verdiyini soruşduqda, o da bacısını bu halda gördüyüyü deyib. Əri Yelmardan nə baş verdiyini soruşanda, o Cəmaləni döydüyünü bildirib. Qıza heç nə olmayacağını bildirərək, təcili yardıma zəng etməyə qoymayıb və evdən çıxıb. Sonra evlərinə bacısı oğlu və qaynı gəlib. Təcili yardıma təxminən 2 saatdan sonra zəng ediblər. Qızının üzündə və boğaz nahiyyəsində çoxsaylı xəsarət və sıyrıq izlərinin, hematomaların olması müəyyən edilib.

Qadın qeyd edib ki, ərində manyaklıq əlamətləri olub. İddia edib ki, Yelmar qızına təcavüz edib, sonra isə onu boğaraq, öldürüb.

Yelmar Atakişiyev bildirib ki, cəzaçəkmə müəssisəsində cəza çəkərkən yanına gələn oğlundan bacısının yüngül həyat tərzi keçirməsi haqda şikayət eşidib. Oğluna deyib ki, sən heç nə etmə, "özüm burdan çıxandan sonra onunla danışacağam".

Hadisə günü telefonuna baxmaq istədikdə, Cəmalə buna icazə verməyib. Buna görə onu döyüb, sonra isə boğub. O arvadına qızını boş buraxdığını irad tutub.  Aralarında mübahisə yaranıb.

Şahid qismində dindirilmiş təqsirəndirilən şəxsin böyük oğlu bildirib ki, arvadı ilə boşanıb. Bir müddətdən sonra eşidib ki, atası evdə gəlinə sataşıb və əxlaqsız hərəkətlərə cəhd edib. Atakişiyev isə deyib ki, oğlunun ailəsinin dağılmasına bu səbəb olmayıb.

Məhkəmə iclası mayın 30-da şahid ifadələri ilə davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il noyabrın 10-da Zabrat qəsəbəsində baş verib. Daxil olan məlumat əsasında 15-ci polis bölməsinin əməkdaşları evdə 42 yaşlı Cəmalə Atakişiyevanın, üzərində zorakılıq əlamətləri olan meyitini aşkar ediblər.

Şübhəli şəxs qismində mərhumun atası Yelmar Atakişiyev saxlanılıb. Sabunçu rayon prokurorluğunda cinayət işi başlanılıb, İstintaq tərəfindən ona qarşı CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər