Bakıda qətl hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Qaradağ rayonu Sahil qəsəbəsində baş verib.
Bakı şəhər sakini 39 yaşlı Hüseyn Əvəz oğlu Şirinov münaqişə zəminində xalası oğlu 27 yaşlı Nail İltifat oğlu Həsənova bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Hazırda şübhəlinin axtarışları davam edir.