Xətai rayonu Lütfü Zadə küçəsində yerləşən dayanacaq lövhəsi sakinlərin narazılığına səbəb olub.
Bakuplus.az-a bu barədə məlumat verən sakinlər bildiriblər ki, lövhə standartlara uyğun vurulmayıb. Dayanacaq pavilyonu yoxdur, bərbad vəziyyətdəki lövhə olmasa, buranın ümumiyyətlə dayanacaq olduğu bilinməz. Maraqlı məqamlardan daha biri isə ondan ibarətdir ki, dayanacaq lövhəsi ilə, “qutab, pirojki” lövhəsi yan-yana vurulub, bir növ “qardaşlaşıb”.
Sakinlər deyirlər ki, bu ərazidən təxminən 150 metr aralıda normal dayanacaq lövhəsi yerləşdirən rəsmi qurum buranı nədənsə yaddan çıxarıb.