18 iyul 2025-ci il tarixində “Sea Breeze Resort” ərazisində beynəlxalq HUMOR FEST festivalı keçiriləcək.
Bakuplus.az xəbər verir ki, bu barədə iş adamı və musiqiçi, Xalq artisti Emin Ağalarov “Instaqram” səhifəsində məlumat verib.
Emin Ağalarov qeyd edib ki, festivalda meqastarlar - Qarik Xarlamov, Sergey Burunov iştirak edəcəklər. İştirakçılar sırasında "Bakılı oğlanlar", "Regionı", "Kamyzyaki", "Bortsı" komandaları da olacaq.
O vurğulayıb ki, beynəlxalq festival Azərbaycanın əfsanəvi “Bakılı oğlanlar” KVN komandasının daimi kapitanı, iyulun 20-də 55 yaşı tamam olacaq Anar Məmmədxanovun yubileyinə həsr olunub.