Bakıda paxlava festivalı keçirilib.
Modern.az xəbər verir ki, tədbir Bakı İdman Sarayında baş tutub.
Festivalda Türkiyəyə xas 60 növ şirniyyat, Azərbaycandan isə Bakı, Qəbələ, Şəki paxlavalarının da daxil olduğu 10 növ şirniyyat nümayiş etdirilib.
Həmçinin mahnılar səsləndirilib, milli rəqslər nümayiş etdirilib, paxlavanın hazırlanması prosesi göstərilib.
Festivalda ziyarətçilərə 20 min dilim paxlava paylanıb.