top
Bakı gənclərinə yeni kitab təqdim edilib
24 dekabr 2024, 11:46
- +

Bakı gənclərinə yeni kitab təqdim edilib

“Regional İnkişaf” İctimai Birliyi və Bakı Kitab Mərkəzinin təşkilatçılığı ilə Kitab Mərkəzində gənclərlə görüş keçirilib.

Apa.az xəbər verir ki, görüşdə Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun birgə layihəsi olan və Vətən müharibəsindən sonrakı dövrdə həyata keçirilən mühüm tarixi hadisələrə həsr edilən “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı yeni kitabın təqdimatı keçirilib.
Bildirilib ki, kitabın çapında əsas məqsəd gənc nəslə tarixi həqiqətlərin dolğun və ətraflı çatdırılması və onun geniş təbliğidir. “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri, fəal gənclər, müharibə veteranları, qazilər, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirin əvvəlində Ulu Öndər Heydər Əiyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və kitabın ərsəyə gəlməsinə həsr edilən video çarx nümayiş etdirildi.

Tədbir iştirakçılarını salamlayan Bakı Kitab Mərkəzinin direktoru Günel Anar qızı hər iki kitabla bağlı təəssüratlarını bölüşərək bildirib ki, “Deyirlər: nəhəng olan hər bir şey yalnız çox uzaq məsafədən tam həcmi ilə görünür. Möhtərəm cənab Prezident İlham Əliyevin dahi siyasəti yalnız müəyyən zaman keçdikçə tam həcmi, nəhəngliyi və anlamı ilə insanlara aydın olur. Təqdimatına toplaşdığımız bu kitab Prezidentimizin uzaqgörən siyasətini anlamaq üçün çox yaxşı bir vasitədir.”
Tədbirdə çıxış edən “Regional İnkişaf” İctimai Birliyin nümayəndəsi Aytac Əjdərli, Vətən müharibəsi qazisi Qədir Daşdəmirov, gənc fəal Nəzrin Hüseynova və başqaları yeni çap edilən kitabların əhəmiyyətini qeyd edərək bu nəşrin Qazanılan Zəfər və sonrakı dövrdə əldə edilən nailiyyətlərin təhlili və gələcək nəsillərə düzgün çatdırılmasının geniş təbliğində mühüm rol oynayacağını vurğulamışlar.

Çıxışlarda qeyd edilib ki, “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı yeni nəşr artıq böyük oxucu kütləsinin müsbət rəyini qazanan və 10 dildə nəşr edilən Vətən müharibəsinə həsr edilən əvvəlki kitabın ikinci hissəsi olaraq Vətən müharibəsindən keçən dövr ərzində Azərbaycanda baş verən çox mühüm hadisələrə həsr edilib. Kitabda Şanlı Qələbənin əldə olunmasında və müharibədən sonrakı dövrdə aparılan quruculuq işlərinin ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində mümkün olduğu xüsusi vurğulanıb. Yeni nəşrdə Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mədəni-tarixi irsin bərpası istiqamətində aparılan genişmiqyaslı işlər oxucunun diqqətinə çatdırılır.
Bakı Kitab Mərkəzinin direktoru Günel Anar qızı bildirib ki, dünya şöhrətli dövlət xadimi, dahi sərkərdə, müasir dövlətçilik tariximizi yenidən yazan, Zəfər Komandanı İlham Əliyevin doğum günüdür. O, gənclər və tədbir iştirakçıları adından cənab Prezidenti ürəkdən təbrik edərək Azərbaycan xalqının rifahı naminə gördüyü böyük işlərə görə ona minnətdarlığını bildirib.

Gənclərin böyük marağına səbəb olan tədbirin sonunda bədii hissə təqdim edilib.

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər