Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Apa.az xəbər verir ki, Kənan Məmmədov idarə etdiyi "Chevrolet cobalt" markalı avtomobillə Bakı dairəvi yolunun köməkçi hissəsi ilə Badamdar qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyada 1987-ci il təvəllüdlü Mirzəyev Ruslan Fərman oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.