Paytaxtda və ölkə ərazisində qanunsuz ağac kəsimi ilə bağlı yoxlama aparılıb. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.
Yoxlama zamanı Bakı şəhəri Nərimanov rayonunda, Faiq Yusifov və Həsən Əliyev küçələrinin kəsişməsində “Sevinc-E” MMC, Nərimanov rayonu Xəlil Rza Ulutürk küçəsi, 2005-ci məhəllə ünvanında “Marbel Construction” MMC tərəfindən ağacların qanunsuz kəsildiyi aşkar olunub.
Faktla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.