Bakının Nərimanov rayonunda, Abbasqulu ağa Bakıxanov və Ülvi Bünyadzadə küçələrinin kəsişməsində avtomobillərlə zəbt olunan səki ilkin vəziyyətinə qaytarılıb. Bu haqda bu gün, 10 avqust tarixində Bakuplus.az Avtosfer-ə istinadən məlumat verir.
Verilən məlumata görə, ərazidə fəaliyyət göstərən “Salam Avto” mağazası bir neçə gün əvvəl təmirdən çıxan səkini “səyyar salon”a çevirmişdi. Satışa təqdim olunan maşınlar səkiyə düzülərək piyadalara maneə yaradırdı.
Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunublar. Obyekt sahibi ilə söhbət aparılıb və ona qanunvericiliyin tələbləri izah olunub. Avtomobillər ərazidən götürülüb.
[caption id="attachment_109122" align="alignnone" width="640"] Foto Avtosfer.az[/caption]