Bakının Nərimanov rayonunda növbəti dəfə bal yarmarkası keçiriləcək. Bu haqda bu gün, 7 avqust Bakuplus.az Report-a istinadən məlumat verir.
Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkasının təşkilatçısı ötən il olduğu kimi, bu il də Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-dir.
Yarmarka sentyabr-oktyabr aylarında Fətəli xan Xoyski, 5 ünvanında keçiriləcək. Satış 250 arıçının iştirakı ilə 20 gün davam edəcək. Satıcılar piştaxta, oturacaq və ölçmə vasitələri, şəxsi gigiyenik vasitələr (tibbi maska, əlcək, antiseptik gel, bone) ilə təchiz olunacaqlar.