Bakı Xətai Sənət Mərkəzində Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılıgı ilə ''Sazlı, sözlu kəlagayı günləri'' layihəsi çərçivəsində '' Kəlagayı yaşıl dünyaya töhfədir'' adlı tədbir və sərgi təşkil olunacaq.
Bakuplus.az xəbər verir ki, tədbir və sərgi 19 oktyabr 11:00-dan 19:00-a qədər keçiriləcək.
Sərgidə rəssam Gülnarə Məmmədovanın kəlağayıdan bəhs edən rəsm əsərləri, Güllü Eldar Tomarlının yaşıl dünyanı özundə əks etdirən əl işləri, yaşı əsrlərə söykənən qədimi kəlağayılar sərgilənəcək. Müasir Basqal kəlağayıları da sərgidə nümayiş olunacaq.