top
Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA (14-20.10.2024)
13 oktyabr 2024, 22:00
- +

Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA (14-20.10.2024)

Paytaxtımızda yaxın günlərdə keçiriləcək mədəniyyət tədbirləri ilə tanış olun. Bakuplus.az-ın təqdim etdiyi afişada 14-20 oktyabr 2024-cü il tarixləri arasında Bakıda təşkil olunacaq konsertlər, teatr tamaşaları, sərgilər və digər maraqlı fəaliyyətlər haqqında məlumatları tapa bilərsiniz.

Sizin və ailənizin asudə vaxtını daha faydalı və maraqlı keçirməyiniz üçün bir neçə seçimi təqdim edirik:

14 oktyabrda Hayal Kahvesində türk pop musiqisi gecəsi təşkil olunacaq.

Dj Sadiq və Ali Darbukanın təqdimatında məşhur türk estrada ulduzlarının sevimli mahnıları səslənəcək. Biletin qiyməti 10-25 manat arasında dəyişir.

Oktyabrın 16-da saat 19:00-da Opera Studiyasında Üzeyir Hacıbəylinin 2 pərdəli “Əsli və Kərəm” operası nümayiş olunacaq. Operada Əməkdar artist Arzu Əliyeva (Əsli), Məhəbbət Səfərov (Kərəm), Taleh Yahyayev (Keşiş), Fuad Əzizzadə (Şah), Mütəllim Dəmirov (Şeyx), Pərviz Verdiyev (Paşa), Nəzər Bəylərov (Sofi) iştirak edir. Biletin qiyməti 12-20 manat arasında dəyişir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı oktyabrın 16-da məşhur gürcü yazıçısı Qoderzi Çoxelinin eyniadlı hekayəsi əsasında səhnələşdirilən “Küknarlara məktub” tamaşası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Boris Şukin adına Teatr İnstitutunun məzunu Nigar Güləhmədovadır. Biletin qiyməti 10-12 manat arasında dəyişir.

Oktyabrın 17-dən 27-dək Bakıda “Baku Jazz Festival” keçiriləcək. Festival Munir Hosnun konserti ilə açılacaq. Konsert Jolly Joker məkanında 19:00-da təşkil olunacaq. Festivalın digər günlərində 18 oktyabrda Mattias Nilson, oktyabrın 19-da Rain Sultanovun beynəlxalq “Syndicate” qrupu və  oktyabrən 20-də Fransa cazının yüksələn ulduzu Elianın konsertləri olacaq. Biletin qiyməti 35-180 manat arasında dəyişir.

 

Oktyabrın 17-də 19:00-da Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin “Ürək mahnıları” adlı konsert proqramı keçiriləcək. Tədbirdə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri çıxış edəcəklər. Biletin qiyməti 20-120 manat arasında dəyişir.

Oktyabrın 17-də 19:00-da Beynəlxalq Muğam Mərkəzində Aybəniz Haşımova və sənət akademiyasının tələbələrinin konserti təşkil olunacaq. Proqramda Ü.Hacıbəyli, Cahangir Cahangirov,Ramiz Mustafayev əsərləri və müasir işləmələr səslənəcək. Biletin qiyməti 10 manatdır.

Oktyabrın 17-də saat 19-da Akademik Milli Dram Teatrında “Şükriyyə” tamaşası nümayiş olunacaq. Səhnə əsəri yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanıb. İkihissəli tale dramında Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Münəvvər Əliyeva, Mehriban Xanlarova, Vəfa Rzayeva, Şəlalə Şahvələdqızı və digər aktyorlar çıxış edirlər. Biletin qiyməti 10-20 manat arasında dəyişir.

Oktyabrın 17-də saaat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşa nümayiş ediləcək. Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan tamaşada rolu Əməkdar artist Şövqi Hüseynov ifa edəcək. Biletin qiyməti 8 manatdır.

Oktyanrən 17-də saat 19:00-da Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı Nobel Mükafatlı yazıçı Con Steynbekin “Siçanlar və insanlar haqqında” povestinin motivləri əsasında hazırlanan “Adamlar və Siçanlar” tamaşasını təqdim edəcək. Biletin qiyməti 10-30 manat arasında dəyişir.

Oktyabırın 17-si saat 20:15 de Best Place Baku məkanında Vaqif Mustafazadəyə həsr olunmuş konsert proqramını təqdim ediləcək. Konsert çərçivəsində Azərbaycan caz-muğam musiqisinin nümayəndələri Nicat Aslanov, Fuad Cafar ve Həsən Bilalov Vaqif Mustafazadənin əsərlərini səsləndirəcəklər.  Biletin qiyməti 25 manatdır.

Oktyabrın 18-də saat 11:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rus truppasının aktyorlarının ifasında “Qoğalın macərası” tamaşası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru, səhnələşdirəni və rəssamı teatrın quruluşçu rejissoru Əhəd Hacıyevdir. Biletin qiyməti 7 manatdır.

Oktyabrın 18-də saat 12:00-da və 14:00-da Azərbaycan Dövlət Kukla Teatrında kiçik həcmli ibrətamiz məişət nağıllarımızdan olan “Yeddi nar çubuğu”nun motivləri əsasında tamaşa nümayiş olunacaq. Hazırlanan tamaşanın səhnələşdirmə və mahnı mətnlərinin müəllifi publisist Zülfüqar Rüfətoğludur. Teatrın baş rejissoru, əməkdar artist Qurban Məsimovun quruluş verdiyi tamaşa klassik nağıl üslubuna tam fərqli baxış kimi də xarakterizə oluna bilər. Biletin qiyməti 5 manatdır.

Oktyabrın 18-də saat 16:00-da Azərbaycan Dövlət Kukla Teatrında Coni Rodarinin məşhur «Çipollino» əsəri əsasında tamaşa nümayiş olunacaq.  Biletin qiyməti 5 manatdır.

18 oktyabr saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında aşıq poeziyasının görkəmli nümayəndələrindən biri Aşıq Molla Cümənin 170 illiyinə həsr olunacaq tədbir təşkil olunacaq. Biletin qiyməti 5-15 manat arasında dəyişir.

18 oktyabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkar Kamal Əhmədovun 75 illiyinə həsr olunan konsert keçiriləcək. Ü.Həcibəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri  Kamal Əhmədovun bəstələrini ifa edəcəklər. Biletin qiyməti 4-20 manat arasında dəyişir.

Oktyabrın 18-də saat 19-da Akademik Rus Dram Teatrında V. Krasnoqorovun “Üç gözəl” pyesi əsasında tamaşa nümayiş olunacaq. Tamaşada Azərbaycanın xalq artisti - Ayan Mirqasımova, Azərbaycanın əməkdar artisti - Mələk Abaszadə, teatr aktrisası Mədinə Mollayeva yer alıb. Biletin qiyməti 15 manatdır.

Oktyabrın 18-də saat 19-da müstəqil “M Teatr”ın səhnəsində “Bir gecənin nağılı" adlı tamaşa nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Vidadi Həsənov, səhnə plastikası Elnur İsmayılov, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Səbinə Süleymanovadır. Biletin qiyməti 20 manatdır.

Oktyabrın 18-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa yenidən nümayiş olunacaq. Tamaşada Xalq artistləri Məleykə Əsədova, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Anar Heybətov, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Mirzə Ağabəyli, Kazım Həsənquliyev, Elnar Qarayev, Əlvida Cəfərov, Ayşad Məmmədov, Elşən Rüstəmov və digər aktyorlar çıxış edəcəklər. Biletin qiyməti 8-15 manat arasında dəyişir.

Oktyabrın 18-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük fransız yazıçısı Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında tamaşa nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru  Samir Qulamovdur. Biletin qiyməti 8-15 manat arasında dəyişir.

Oktyabrın 18-də saat 19:00-da Gənc Tamaşaçılar Teatrında “Dəlinin qeydləri, yaxud fortopiano və violonçel  üçün sonata” tamaşası nümayiş olunacaq.  Biletin qiyməti 10 manatdır.

Oktyabrın 18-də saat 19:30-da Nizami Kino Mərkəzində romantik drama “3391 kilometr” adlı film yenidən nümayiş olunacaq. Biletin qiyməti 8 manatdır.

Oktyabrın 18-də saat 20:00-da Dome Soul Space-də İZ qrupunun akustik ifasında Ömər Xəyyamın unudulmaz rübailəri ilə şərq musiqisinin möhtəşəm tandemi mini konsert təşkil olunacaq. Biletin qiyməti 10 manatdır.

Oktyabrın 19-da saat 11:00-da Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda bütün ailə üçün nəzərdə tutulmuş "Meri Poppins Sehrli macəralar" musiqili tamaşasının premyerası keçiriləcək. Pamyela Trəversin povesti əsasında hazırlanan bu tamaşa "2 stul" Teatr Emalatxanası tərəfindən ilk dəfə Opera Studiyasının səhnəsində təqdim ediləcək! Sehrli dayə rolunda – əməkdar artist Nətəvan Hacıyeva. Biletin qiyməti 10-39 manat arasında dəyişir.

Oktyabrın 19-da saat 12:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "İki küpəgirən qarı" (Ə.Əlizadə, R.Sef, Т.Каrelina) tamaşası nümayiş olunacaq. Rusdilli balaca teatrsevərlər üçün nəzərdə tutulan bu tamaşanın quruluşçu rejissoru rejissoru Əhəd Hacıyevdır. Biletin qiyməti 7 manatdır.

Oktyabrın 19-da saat 12:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında "Karlsonun Macəraları" adlı tamaşa nümayiş olunacaq. Biletin qiyməti 10-39 manat arasında dəyişir.

Oktyabrın 19-da saat 12:00-da Akademik Rus Dram Teatrında gənc tamaşaçılar üçün onları rənglərlə və əyləncələrlə dolu nağıl dünyasına apara biləcək “Sehirli karusel” adlı musiqili tamaşa nümayiş olunacaq. Tamaşanın ssenari müəllifi Vladimir Neverov (Azərbaycanın əməkdar mədəniyyət işçisi), rejissor Raulya Türkkandır. Biletin qiyməti 5 manatdır.

Oktyabrın 19-da saat 12:00-da Gənc Tamaşaçılar Teatrında Ərəb xalq nağılı  əsasında “Sindbad” adlı tamaşa nümayiş olunacaq. Quruluşçu rejissor Nicat Kazımov, baş rolların ifaçıları Bəhram Əliheydər, Asya Atakişiyevadır. Biletin qiyməti 7-10 manat arasında dəyişir.

Oktyabrın 19-da saat 14:00-da və 18-da da Heydər Əliyev Sarayında müğənni Milana Starın konserti keçiriləcək. Biletin qiyməti 20-150 manat arasında dəyişir. 

Oktyabrın 19-da saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun "Matroşka" pyesi əsasında "Qadınım" tamaşasının premyerası olacaq. Musiqili melodram kimi hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır. Biletin qiyməti 8-15 manat arasında dəyişir.

Oktyabrın 19-da saat 19:00-da M Teatrında rus dilində “İlham Pərisi” taamaşası nümayiş olunacaq. Biletin qiyməti 10-20 manat arasında dəyişir.

Oktyabrın 19-da saat 19:00-da Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında) V.Şekspirin “III Riçard” əsəri əsasında səhnələşdirilən tamaşa nümayiş olunacaq. Biletin qiyməti 5-15 manat arasında dəyişir.

Oktyabrın 19-da saat 19:00-da Akademik Rus Dram Teatrında A.P.Çexovun pyesi əsasında “Albalı bağı” tamaşası nümayiş olunacaq. Biletin qiyməti 20 manatdır.

Oktyabrın 19-da saat 19:00-da Cəfər Cabbarlının əsəri əsasında"Solğun Çiçəklər " tamaşası nümayiş olunacaq. Biletin qiyməti 7-10 manat arasında dəyişir.

Oktyabrın 19-da saat 19:00-da Gənc Tamaşaçılar Teatrında Uilyam Şekspirin  əsəri əsasında “III Riçard”  tamaşası nümayiş olunacaq. Biletin qiyməti 8-10 manat arasında dəyişir.

Oktyabrın 19-də Opera Studiyasının səhnəsində ilin ən mistik "Başqa dünyadan gələn qonaq" tamaşasının premyerası nümayiş olunacaq. Biletin qiyməti 20-45 manat arasında dəyişir.

Oktyabrın 20-də saat 12:00-da və 14:00-da Azərbaycan Dövlət Kukla Teatrında Melisa" (müəllif Sevinc Nuruqızı) çəhrayısaçlı gəlincik haqqında tamaşa nümayiş olunacaq. Biletin qiyməti 5 manatdır.

Oktyabrın 20-də saat 12:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında “Nağıllar Aləmində” tamaşa nümayiş olunacaq. Biletin qiyməti 7 manatdır.

Oktyabrın 20-də saat 12:00-da Akademik Rus Dram Teatrında məşhur yazıçı Hans Kristian Andersenin "Düyməcik" nağılı əsasında hazırlanmış gözəl uşaq tamaşası nümayiş olunacaq. Biletin qiyməti 5 manatdır.

Oktyabrın 20-də saat 12:00-da Milli Gənc Tamaşaçılar Teatrında “Qulliver cırtdanlar ölkəsində” tamaşa nümayiş olunacaq. Quruluşçu rejissor Elşad Rəhimzadədir, baş rolları Elşən Hacıbabayev, Müşfiq Əliyev ifa edirlər. Biletin qiyməti 7-10 manat arasında dəyişir.

Oktyabrın 20-də saat 12:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Meşə çaqqalsız olmaz" musiqili nağıl-tamaşası nümayiş olunacaq. Biletin qiyməti 5 manatdır.

Oktyabrın 20-də saat 15:00-da Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu “Balaca şahzadə” tamaşası nümayiş olunacaq. "Molchi və Tantsuy" teatrının aktyorları bu hekayəni rəqs dili ilə danışacaqlar. Səhnələşdirən rejissor Aleksandr Dulesov (Nağıl Kukla Teatrı, Sankt-Peterburq). Biletin qiyməti 10-39 manat arasında dəyişir.

20 oktyabr saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında  görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin 90 illiyinə həsr olunmuş konsert proqramı baş tutacaq. Konsert zamanı filarmoniyanın solistlərinin ifasında bəstəkarın "Dalğalar", "Dedi tələsmə", "Bir xumar baxışla", "Vətənimsən", "Gülüm sən nə yaman gözəlləşmisən", "Bir könül sındırmışam", "Yandım elə yandım", "Azərbaycan dünyam mənim" mahnıları səsləndiriləcək. Biletin qiyməti 5-15 manat arasında dəyişir.

20 oktyabr saat 19:00-da Azərbaycan Dövlət Yuğ Teatrı (Kukla Teatrının binasında) dramaturq Matey Vişnekin əsəri əsasında hazırlanmış “ P.A.N.D.A.” tamaşası nümayiş olunacaq. Səhnə əsərində aktyorlar Oqtay Mehdiyev və Günəş Tegin iştirak edir. Tamaşanın quruluşçu rejissoru isə Mikayıl Mikayılovdur. Biletin qiyməti 5-15 manat arasında dəyişir.

20 oktyabr saat 19:00-da Milli Gənc Tamaşaçılar Teatrında Pyer Bomarşenin “Fiqaronun toyu” tamaşası nümayiş oluncaq. Tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdur, baş rolları Kəmalə Müzəffər , Rasim Cəfər , Elnur Bəhramxan , Sevinc Əziz, Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Bəhram Əliheydər, Sənan Kazımov, Aydan Həsənzadə, İlahə Həsənova ifa edirlər. Biletin qiyməti 8-15 manat arasında dəyişir.

20 oktyabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Çingiz Aytmatovun romanı əsasında hazırlanan “Əsrə bərabər gün” tamaşası nümayiş olunacaq. Biletin qiyməti 10-20 manat arasında dəyişir.

20 oktyabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının və böyük mütəfəkkir Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda hazırlanan eyniadlı tamaşa nümayiş olunacaq. Biletin qiyməti 8-15 manat arasında dəyişir.

20 oktyabr saat 19:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında Hüseyn Cavidin “Ana” dramı əsasında səhnələşdirilmiş tamaşa nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Respublikanın Əməkdar artisti Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədovdur. Biletin qiyməti 10 manatdır.

20 oktyabr saat 19:00-da Akademik Rus Dram Teatrında Ceyn Ostinin romanı əsasında səhnələşdirilən “Qürur və qərəz” tamaşası nümayiş olunacaq. Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı İrqar Safat, quruluşçu rəssamı isə Nikita Sazonovdur. Biletin qiyməti 10 manatdır.

20 oktyabr tarixində 20:00-da Heydər Əliyev Sarayında türk bəstəkarı, söz müəllifi və musiqiçi, müasir Anadolu Rok sənətçisi Kıraçın konserti keçiriləcək. Biletin qiyməti 49-199 manat arasında dəyişir.

20 oktyabr tarixində 20:00-da Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda Onegin - Rəqs tamaşası nümayiş olunacaq. Biletin qiyməti 20-59 manat arasında dəyişir.

 

Son xəbərlər

Aktual Xəbərlər
22 iyul 2025, 16:10

Musiqiçini maşın vurub öldürdü

Cəmiyyət
21 iyul 2025, 18:03

fsfsdfsdfsfsdfsf

Aktual Xəbərlər
21 iyul 2025, 17:34

Masazır işıqsız qalıb

Cəmiyyət2
21 iyul 2025, 17:30

"AF Hotel"də saxlanılan heyvanlar xilas edildi

İdman
21 iyul 2025, 17:30

test

Xəbər
21 iyul 2025, 17:18

Məmmədbağır Bağırzadənin doğum günüdür

Cəmiyyət
19 iyul 2025, 14:26

Qazinin çimərlikdəki obyektini niyə söküblər? - Rəsmi açıqlama

Cəmiyyət
19 iyul 2025, 12:06

Şahin Şıxlinskinin oğlu apelyasiya şikayəti verdi

Cəmiyyət
19 iyul 2025, 11:06

Sərnişinlər yenisini gözləyir, köhnəyə minir - ŞİKAYƏT 

Cəmiyyət
19 iyul 2025, 09:44

Bakıda yol qəzası: Ölən və yaralananlar var

Cəmiyyət
19 iyul 2025, 09:36

Pirşağıda dənizdə bir nəfər batıb

Xəbər
18 iyul 2025, 18:00

Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti bərpa olunur

Xəbər
18 iyul 2025, 17:30

“Yasamal” idman klubunun direktoru barəsində qərar verilib

Xəbər
18 iyul 2025, 16:33

Ləhiş bağları işıqsız qalıb - ŞİKAYƏT

Xəbər
18 iyul 2025, 16:15

Paytaxtda media nümayəndələri ilə görüş keçirilib

Xəbər
18 iyul 2025, 15:30

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi - Hökm oxundu

Cəmiyyət
18 iyul 2025, 15:10

Jurnalistika ixtisasına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər
18 iyul 2025, 14:41

Ermənistanda işgəncələrə məruz qalmış şəxs məhkəmədə ifadə verib

Xəbər
18 iyul 2025, 14:33

Mərkəzi Bank “eManat”a verilən bu lisenziyanı ləğv etdi

Cəmiyyət
18 iyul 2025, 14:19

“Xutor” da plana düşdü: söküntü işlərinə başlanılır

Cəmiyyət
18 iyul 2025, 14:00

Bakı aeroportunda ƏMƏLİYYAT: Brilyant qaçaqmalçıları TUTULDU

Xəbər
18 iyul 2025, 13:31

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Xəbər
18 iyul 2025, 12:35

Bakıda əllə yazılmış “Yol bağlıdır” lövhəsini kim qoyub?

Cəmiyyət
18 iyul 2025, 11:31

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı

Oxşar xəbərlər