Pirallahı Sənaye Parkında dərman istehsal olunacaq. Bu haqda Sumqayıt Kimya Sənaye Parkının mətbuat xidməti məlumat yayıb.
“E-Pharm” MMC şirkəti diabetin fəsadlarının profilaktikası üçün Diabeton® MR (qliklazid) preparatı istehsal etməyə başlayıb.
Hazırda 200.000 qutu paylanmadadır. I rübün sonuna qədər daha 300.000 qutunun istehsalı nəzərdə tutulub.
Dərmanın istehsalı üçün Fransanın “Servier” şirkəti ilə 5 illik əməkdaşlıq müqaviləsi imzalanıb. “R-Pharm” MMC Azərbaycanda ilk dəfə Beynəlxalq GMP sertifikatı almış şirkət olub. Dərmanların hazırlanma prosesi beynəlxalq GMP standartlarına uyğun şəkildə həyata keçirilir.