Metronun “20 Yanvar” stansiyasının yeraltı keçidində yerləşən mağazalar bir ilə yaxındır ki, bağlıdır. Onların aqibətinin necə olacağı ilə bağlı heç bir məlumat yoxdur.
Bu barədə Xəzər TV-yə mağaza sahibləri bildiriblər.
Onların sözlərinə görə, aylardır işsizdirlər, evlərini banka girov qoyub pul götürərək satış üçün mal alıblar. Lakin vəziyyətlərinin necə olacağı ilə bağlı onlara heç nə deyilmir.
Ətraflı videomaterialda: