11 yanvar məşhur bəstəkar, Azərbaycanın xalq artisti Aygün Səmədzadənin doğum günüdür.
Aygün Səmədzadə 11 yanvar 1967-ci idə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. İlk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində alıb, 1985-ci ildə məktəbi qızıl medal və fərdi təqaüdlə bitirib. Həmin il Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının) Tarix-nəzəriyyə fakültəsinə daxil olub.
Aygün Səmədzadə Azərbaycan musiqi tarixinə aid bir sıra elmi məqalələrin və publisistik yazıların müəllifidir.
O, bir çox tanınmış müğənnilərin repertuarında xüsusi yer alan 200-dən artıq mahnının bəstəkarıdır.
Aygün Səmədzadə bir çox teatr tamaşaları və filmlər üçün də musiqilər bəstələyib.
Məşhur bəstəkar Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı bir sıra televiziya layihələrinin, verilişlərinin ideya müəllifi və rəhbəri olub.
O, 2012-ci ildən NƏFƏS Sənət mərkəzinin rəhbəridir.
2011-ci il sentyabr ayının 15-də Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 2018-ci ilin 27 mayında isə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.